FIFA ilin qalibləri adına namizədləri açıqlayıb

FIFA ilin qalibləri adına namizədləri açıqlayıb FIFA 2019-cu ilin ən yaxşı qadın futbolçusu adına namizəd olan 3 futbolçunu açıqlayıb.
Futbol
2 Sentyabr , 2019 15:32
FIFA ilin qalibləri adına namizədləri açıqlayıb

FIFA 2019-cu ilin ən yaxşı qadın futbolçusu adına namizəd olan 3 futbolçunu açıqlayıb.

"Report" qurumun saytına istinadən xəbər verir ki, bunlar Fransa "Lion"unda çıxış edən ingiltərəli Lüsi Bronz, ABŞ "Orlando"sundan Alesk Morqan və ölkənin digər komandası "Reyqn"ın formasını geyinən Meqan Rapinodur.

Qadın komandaların baş məşqçilərindən isə Cill Ellis (ABŞ millisi), Fil Nevill (İngiltərə millisi) və Sarina Viqman (Hollandiya) namizəd olublar.

Kristiana Endler (PSJ, Fransa), Hedviq Lindal ("Volfsburq", Almaniya) və Sari van Venendal ("Atletiko", İspaniya) ən yaxşı qadın qapıçı kimi fərqləndirilib. 

Kişi qapıçılardan isə Alisson Bekker ("Liverpul", İngiltərə), Ederson ("Mançester Siti", İngiltərə) və Mark-Andre ter Ştegen ("Barselona", İspaniya) qalib olmaq üçün mübarizə aparacaqlar.

Qeyd edək ki, "The Best"in sahibləri sentyabrın 23-də İtaliyanın Milan şəhərində açıqlanacaq.

Son xəbərlər

Orphus sistemi