Bakı. 24 iyul. REPORT.AZ/ FIFA ilin ən yaxşı futbolçusu adına layiq olan namizədləri açıqlayıb.
"Report" qurumun saytına istinadən xəbər verir ki, siyahıya 10 oyunçunun adı daxil edilib.
Bunlar Kriştianu Ronaldu ("Yuventus" İtaliya), Kevin de Bruyne ("Mançester Siti", İngiltərə), Antuan Qrizman ("Atletiko", İspaniya), Eden Azar ("Çelsi", İngiltərə), Harri Keyn ("Tottenhem", İngiltərə), Kilian Mbappe (PSJ, Fransa), Lionel Messi ("Barselona", İspaniya), Luka Modriç ("Real Madrid", İspaniya), Məhəmməd Salah ("Liverpul", İngiltərə) və Rafael Varandır ("Real Madrid"). Fransanın PSJ klubunun və Braziliya yığmasının hücumçusu Neymarın adı siyahıda yer almayıb.
Qeyd edək ki, mükafat sentyabrın 24-də İngiltərənin paytaxtı Londonda təqdim ediləcək.