FIFA milli federasiyanın fəaliyyətini bərpa edib

FIFA milli federasiyanın fəaliyyətini bərpa edib FIFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.
Futbol
12 Oktyabr , 2021 12:24
FIFA milli federasiyanın fəaliyyətini bərpa edib

FIFA Çad Futbol Federasiyasının (FTFA) fəaliyyətini bərpa edib.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, qərar yerli hökumətin FTFA-ya verilən səlahiyyətləri bərpa etməsindən sonra qəbul olunub.

Hakimiyyət futbolu müvəqqəti idarə etməkdən ötrü milli komitə yaratmaq fikrindən daşınıb. Milli federasiyanın binaları yenidən qurumun prezidenti Moktar Mahamudun nəzarətindədir.

Qeyd edək ki, FIFA FTFA-nın fəaliyyətini apreldə dayandırıb. Həmin vaxt ölkənin səlahiyyətli nümayəndələri təşkilatın mandatını birdəfəlik ləğv edib.

Son xəbərlər

Orphus sistemi