FIFA dopinqə görə 20 aylıq cəza verdi

FIFA dopinqə görə 20 aylıq cəza verdi FIFA 2019/2020 mövsümündə dopinq əleyhinə qayda pozuntularında şübhəli bilinən iki hadisə aşkarlayıb.
Futbol
27 Avqust , 2020 17:23
FIFA dopinqə görə 20 aylıq cəza verdi
0 : 00
0 : 00

FIFA 2019/2020 mövsümündə dopinq əleyhinə qayda pozuntularında şübhəli bilinən iki hadisə aşkarlayıb. 

"Report" xəbər verir ki, 2019-cu ilin iyulundan 2020-ci ilin iyununadək ali futbol qurumunun təşkilatçılığı ilə keçirilən yarışlarda iştirak edən 968 oyunçu (2 085 test) dopinq testindən keçirilib. Testlər Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən 32 lisenziyalı laboratoriyada aparılıb.

640 oyunçudan yarışlar zamanı, 328 futbolçudan isə müxtəlif vaxtlarda analiz götürülüb. 

Ümumilikdə 5 nəfərin qanında qadağan olunmuş maddələr aşkarlanıb. Onlardan üçü bu maddələri müalicə üçün təsdiqlənmiş dərmanların tərkibində qəbul edib. FIFA bir futbolçunu 20 ay müddətinə diskvalifikasiya edib. İkinci oyunçu ilə bağlı işə isə hələ baxılmayıb. 

Hər iki hal 2019-cu ildə Paraqvayda keçirilmiş çimərlik futbolu üzrə dünya çempionatında olub.

Son xəbərlər

Orphus sistemi