FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb "Biletləri onlayln formada alıb, üzvlərimizə təqdim edəcəyik"
Futbol
19 Yanvar , 2018 15:01
FIFA DÇ-2018 üçün AFFA-ya pulsuz bilet ayırmayıb

Bakı. 19 yanvar. REPORT.AZ/ FIFA bu il Rusiyada keçiriləcək dünya çempionatı üçün AFFA-ya pulsuz bilet ayırmayıb.

Bu barədə “Report”a AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib.

O bildirib ki, Azərbaycan vətəndaşları biletləri onlayn şəkildə FIFA-dan əldə edə bilərlər: “Dünya çempionatı üçün bilet satışını FIFA onlayn formada təşkil edir. Yerli federasiyalar bu prosesdə iştirak etmirlər. Azarkeşlər biletləri internet üzərindən ələd edə bilərlər. AFFA olaraq biz də biletləri eyni formada alıb, üzvlərimizə təqdim edəcəyik”.

Qeyd edək ki, DÇ-2018-in oyunları 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi