FIFA DÇ-2018-in yekunu ilə bağlı texniki təhlil qrupunun hesabatını açıqlayıb

FIFA DÇ-2018-in yekunu ilə bağlı texniki təhlil qrupunun hesabatını açıqlayıb Uzaqdan vurulan 29 zərbədən sonra orta hesabla 1 qol qeydə alınıb
Futbol
16 Oktyabr , 2018 17:28
FIFA DÇ-2018-in yekunu ilə bağlı texniki təhlil qrupunun hesabatını açıqlayıb

Bakı. 16 oktyabr. REPORT.AZ/ FIFA 2018-ci il dünya çempionatının yekunu ilə bağlı texniki təhlil qrupunun hesabatını açıqlayıb.

“Report”un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, hesabatda bir sıra statistik məlumatlar əksini tapıb. Bildirilir ki, Rusiyada təşkil edilmiş mundialda İspaniya millisi bir matçda orta hesabla hamıdan çox – 68 faiz topa sahib olub. Çempionatın qalibi Fransa yığması isə 48 faiz göstərici ilə 19-cu yerdədir. Serbiya futbolçuları bir görüşdə orta hesabla daha çox – 113 km məsafə qət ediblər. Fransa yığmasının oyunçuları isə 101 km nəticə ilə 28-ci sırada qərarlaşıblar.

Uzaqdan vurulan 29 zərbədən sonra orta hesabla 1 qol qeydə alınıb. DÇ-2014-də bu göstərici 42 zərbəyə 1 qol olub.

Hesabatda bir çox komandalarda təmiz pleymeykerin olmadığı vurğulanıb. Mütəxəssislər oyun qurucusu kimi Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba və Xorvatiya yığmasının lideri Luka Modriçi fərqləndiriblər.

Texniki təhlil qrupunda nigeriyalı Emmanuel Amuneke, serbiyalı Bora Milutinoviç, şotlandiyalı Endi Roksburq, isveçrəli Paskal Tsuberbüler kimi sabiq futbolçu və məqşçilər, eləcə də hazırda FIFA-nın texniki inkişaf şöbəsinin rəhbəri, hollandiyalı Marko van Basten yer alıb. Qrupun rəhbəri Braziliya millisinin sabiq baş məşqçisi Karlos Alberto Parreyradır. Texniki təhlil qrupu 1966-cı il dünya çempionatından etibarən fəaliyyət göstərir.

Qeyd edək ki, dünya çempionatı 14 iyun – 15 iyulda Rusiyanın 11 şəhərində keçirilib. Yarışın qalibi finalda Xorvatiyanı 4:2 hesabı ilə məğlub edən Fransa olub. Belçika isə 3-cü yer uğrunda görüşdə İngiltərəni 2 cavabsız qolla üstələyib.

Son xəbərlər

Orphus sistemi