FIFA Canni İnfantino ilə bağlı araşdırmanı başa çatdırdı

FIFA Canni İnfantino ilə bağlı araşdırmanı başa çatdırdı FIFA-nın İstintaq Palatası qurumun prezidenti Canni İnfantino ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.
Futbol
360
19 Avqust , 2020 21:46
FIFA Canni İnfantino ilə bağlı araşdırmanı başa çatdırdı
Canni İnfantino

FIFA-nın İstintaq Palatası qurumun prezidenti Canni İnfantino ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

"Report" ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Etika Komitəsi İtaliya əsilli isveçrəli funksionerin fəaliyyətində hər hansı pozuntu aşkarlamayıb.

Daha əvvəl İsveçrə Federal Məhkəməsi C.İnfantino ilə bağlı araşdırmalara başlayıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Qeyd edək ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.

Son xəbərlər

Orphus sistemi