FİFA Canni İnfantino barəsində cinayət işinə reaksiya verdi

FİFA Canni İnfantino barəsində cinayət işinə reaksiya verdi FİFA təşkilatının prezidenti Canni İnfantino barəsində araşdırmanın başlanması haqqında informasiyaya reaksiya verib.
Futbol
363
31 İyul , 2020 07:37
FİFA Canni İnfantino barəsində cinayət işinə reaksiya verdi

FİFA təşkilatın prezidenti Canni İnfantino barəsində araşdırmanın başlanması haqqında informasiyaya reaksiya verib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

"FIFA İsveçrənin Xüsusi Dövlət Prokurorluğunun ölkənin Baş prokuroru Maykl Lauber və FIFA prezidenti Canni İnfantino arasındakı görüşləri araşdırmaq qərarını qəbul edir. FİFA, prezidenti də daxil olmaqla, İsveçrə hakimiyyətini səlahiyyətlilərinin ixtiyarındadır və həmişə olduğu kimi, bu araşdırma ilə də tam əməkdaşlıq edəcək", - deyə FIFA-nın rəsmi saytında bildirilir.

Qeyd edək ki, İsveçrə Federal Məhkəməsi FIFA prezidenti Canni İnfantino ilə bağlı araşdırmalara başlayıb. İtaliyalı funksioner vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

Xatırladaq ki, İnfantino 2016-cı ildə FIFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.

Son xəbərlər

Orphus sistemi