FİFA Xorvatiya və İsveç futbol federasiyalarını cəzalandırıb

FİFA Xorvatiya və İsveç futbol federasiyalarını cəzalandırıb Bakı. 13 iyul. REPORT.AZ/ FİFA İntizam Komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib.
Futbol
13 İyul , 2018 20:34
FİFA Xorvatiya və İsveç futbol federasiyalarını cəzalandırıb

Bakı. 13 iyul. REPORT.AZ/ FİFA İntizam Komitəsi DÇ-2018-in oyunları zamanı media marketinq qaydalarını pozduğuna görə Xorvatiya və İsveç milliləri ilə bağlı qərar qəbul edib. 

"Report"un məlumatına görə, İsveç Futbol Federasiyası 50 min isveçrə frankı məbləğində cərimələnib. Buna səbəb milli komandanın futbolçusunun 1/4 finalda İngiltərəyə 0:2 hesabı ilə məğlub olduqları oyunda  ticarət markası göstərməsidir. 

Eyni cəza Xorvatiyaya da verilib. Yarımfinal matçının əlavə vaxtında İngiltərəni 2:1 hesabı ilə üstələyən komanda futbolçusunun üzərində ticarət markası olduğuna görə cəzalandırılıb. 

Son xəbərlər

Orphus sistemi