FİFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

FİFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub Klub futbolçuya olan 70 min avro borcu ödəməyib
Futbol
1 Noyabr , 2016 11:34
FİFA Türkiyənin daha bir klubuna transfer qadağası qoyub

Bakı. 1 noyabr. REPORT.AZ/ FİFA Türkiyənin "Dənizlispor" klubuna transfer qadağası qoyub. "Report"un məlumatına görə, I Liqa təmsilçisi qarşıdakı 2 "transfer pəncərəsi"ndə heç bir futbolçu keçidini həyata keçirə bilməyəcək.

Səbəb "Dənizlispor"un sabiq futbolçusu Daniel Dimova olan borcun ödənilməməsidir. FİFA 70 min avro borcun bir ay ərzində ödənilməsinə göstəriş versə də, klub öhdəliyi yerinə yetirməyib.

Qeyd edək ki, FİFA daha öncə Türkiyənin "Karşıyaka", "Antalyaspor", "Manisaspor", "Mersin İdmanyurdu", "Elazığspor", "Samsunspor", "Bucaspor" və "Diyarbakırspor" klublarına da transfer qadağası qoyub.

Son xəbərlər

Orphus sistemi