Bakı. 3 avqust. REPORT.AZ/ FİFA 11 rusiyalı futbolçuya qarşı araşdırmalara başlayıb.
"Report" xəbər verir ki, bu barədə Beynəlxalq Futbol Federasiyasının mətbuat xidmətinə istinadən TASS məlumat yayıb.
Məlumata görə, onların adı Ümumdünya Anti-Dopinq Agentliyinin (WADA) Riçard Maklarenin rəhbərlik etdiyi müstəqil komissiyasının hesabatında hallanır.
Rusiya Futbol İttifaqı FİFA-dan Maklarenin hesabatında yer alan oyunçuların dopinq nümunələrinə dair sorğu aldıqlarını təsdiq edib.