FİFA Riçard Almeydanın Azərbaycan millisində oynamasına razılıq verib

FİFA Riçard Almeydanın Azərbaycan millisində oynamasına razılıq verib AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb
Futbol
30 may 2017 09:29
FİFA Riçard Almeydanın Azərbaycan millisində oynamasına razılıq verib

Bakı. 30 may. REPORT.AZ/ FIFA-nın müvafiq komitəsi AFFA-nın "Qarabağ"da çıxış edən futbolçu Riçard Almeydanın milli komandada oynamaqla bağlı müraciətinə baxıb. "Report"un AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, məsələnin həlli mövcud qaydalara uyğun olaraq AFFA-nın səlahiyyətinə verilib. 

AFFA rəhbərliyinin bu məsələ ilə bağlı müsbət qərarı millinin baş məşqçisinin nəzərinə çatdırılıb.

Qeyd edək ki, hazırda Riçard Almeyda Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan millisinin düşərgəsindədir. Əslən braziliyalı yarımmüdafiəçi iyunun 10-da Şimali İrlandiyaya qarşı 2018-ci il dünya çempionatının seçmə qrup matçında meydana çıxa bilər.   

Son xəbərlər

Orphus sistemi