​FİFA prezidentinə inək hədiyyə edilib

​FİFA prezidentinə inək hədiyyə edilib Hadisə İsveçrədə keçirilən futbol turnirində baş verib
Futbol
22 avqust 2015 16:21
​FİFA prezidentinə inək hədiyyə edilib

Bakı. 22 Avqust. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter hər il İsveçrənin Ulrixen kəndində keçirilən futbol turnirinin sonunda inək hədiyyə alıb.

“Report” “Associated Press”ə istinadən xəbər verir ki, “Kolombo” ləqəbli inək FİFA prezidentinin əslən olduğu Ulrixen kəndinin rəhbərliyi tərəfindən hədiyyə edilib.

Blatter cavabında zarafat edərək gələcəkdə “kiçik kolombolar” görmək üçün inəyi bəsləyəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi