Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib - YENILƏNİB

Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib - YENILƏNİB FİFA prezidentinin seçkisi yekunlaşıb
Futbol
29 May , 2015 22:23
Yozef Blatter yenidən FİFA-nın prezidenti seçilib - YENILƏNİB

İlk xəbər saat 22:09-də verilib

Bakı. 29 May. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində keçirilən FİFA-nın yeni prezidentinin seçkisi yekunlaşıb.

"Report"un məlumatına görə, ikinci mərhələdə İordaniya şahzadəsi Əli ibn Əl-Hüseyn namizədliyini geri götürüb.

Nəticədə federasiyanın indiki prezidenti Yozef Blatterin növbəti, beşinci müddətə ali futbol qurumuna rəhbərlik edəcəyi müəyyənləşib.

Qeyd edək ki, seçkilərinin ilk turu qalibi müəyyən etməmişdi. Belə ki, ilk turda qələbə qazanmaq üçün namizədlərdən biri 209 nümayəndədən azı 140-nın səsini almalı idi. Lakin Y.Blatter səslərin sadəcə 133-ünü ala bilmişdi. İordaniya şahzadəsinə isə 73 nəfər dəstək oldu.

Beləliklə, Blatterə səslərin 2/3-ünü toplamaq üçün 7 səs çatmadı və ikinci mərhələ elan olundu.

Səsvermə FİFA-da korrupsiya qalmaqalı və təşkilatın bir sıra yüksək vəzifəli məmurlarının həbsi fonunda keçirildi.

ABŞ başda olmaqla, Y.Blatterin əleyhdarları onun beşinci müddətə seçilməsinə imkan verməyəcəklərini gizlətmirdilər.

Son xəbərlər

Orphus sistemi