​FİFA prezidenti "Qarabağ"ı təbrik edib

​FİFA prezidenti "Qarabağ"ı təbrik edib Yozef Blatter bu münasibətlə Rövnəq Abdullayevə məktub ünvanlayıb
Futbol
26 May , 2015 11:01
​FİFA prezidenti Qarabağı təbrik edib

Bakı. 26 may. REPORT.AZ/ FİFA prezidenti Yozef Blatter "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının qalibi olması münasibətilə təbrik edib. "Report"un məlumatına görə, ali futbol qurumunun başçısı bununla əlaqədar AFFA-nın prezidenti Rövnəq Abdullayevə məktub ünvanlayıb. 

Məktubda Y.Blatter dünya futbol ailəsi adından "Qarabağ"ı çempionluq və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, komandaya daha böyük uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi