FİFA prezidenti Klublararası Dünya Çempionatının iştirakçılarının sayını artırmaq istəyir

FİFA prezidenti Klublararası Dünya Çempionatının iştirakçılarının sayını artırmaq istəyir İştirakçı sayının 16 və ya 32-dək artırılması planlaşdırılır
Futbol
31 Avqust , 2016 12:39
FİFA prezidenti Klublararası Dünya Çempionatının iştirakçılarının sayını artırmaq istəyir

Bakı. 31 avqust. REPORT.AZ/ Beynəlxalq Futbol Assosiasiyaları Federasiyasının (FİFA) prezidenti Canni İnfantino Klublararası Dünya Çempionatının iştirakçılarının sayını artırmaq niyyətindədir.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Hazırda hər ilin dekabr ayında keçirilən Klublararası Dünya Çempionatında qitələrinin ən güclüsü olmuş 6 klubla yanaşı, turnirə ev sahibliyi edən ölkənin çempionu iştirak edir.

"Frankfurter Allgemeine Zeitung" nəşrinin məlumatına görə, C.İnfantino artıq FİFA-nın yüksək vəzifəli şəxslərinə turnir formatının genişləndirilməsi ilə bağlı proqram təqdim edib. Ehtimal olunur ki, iştirakçı sayının 16 və ya 32-dək artırılması planlaşdırılır. Qəzet bu addımları təşkilatın gəlirlərini artırmaq istəyi ilə bağlayır.

Qeyd edək ki, əvvəllər İnfantino dəfələrlə dünya çempionatının iştirakçılarının sayının 32-dən 40 komandaya qədər artırılması ideyası ilə çıxış edib.

Son xəbərlər

Orphus sistemi