FİFA prezidenti İtaliya-Almaniya oyununda videotəkrardan istifadəni müsbət qiymətləndirib

FİFA prezidenti İtaliya-Almaniya oyununda videotəkrardan istifadəni müsbət qiymətləndirib Sistem Rusiyada keçiriləcək DÇ-2018-də tətbiq oluna bilər
Futbol
16 Noyabr , 2016 06:59
FİFA prezidenti İtaliya-Almaniya oyununda videotəkrardan istifadəni müsbət qiymətləndirib

Bakı. 16 noyabr. REPORT.AZ/ FİFA prezidenti Canni İnfantino İtaliya və Almaniya futbol milliləri arasında keçirilən yoldaşlıq görüşündə videoqurğu sistemindən (VAR) istifadəni müsbət qiymətləndirib.

"Report" xəbər verir ki, İnfantinonun sözlərini DPA agentliyi sitat gətirib.

Görüş Milan şəhərində baş tutub və 0:0 hesablı heç-heçə ilə başa çatıb. Hakimlər briqadasına matçın mühüm məqamlarının videotəkrarını izləyən iki köməkçi hakim də daxil olub.

"Ümumiyyətlə bu, çox müsbət idi. Bir neçə məqam oldu ki, sistem hakimlərə kömək etdi", - deyə FİFA rəhbəri bildirib.

İnfantino əlavə edib ki, videoqurğu sistemi Rusiyada keçiriləcək 2018-ci il dünya çempionatında tətbiq oluna bilər.

Son xəbərlər

Orphus sistemi