Bakı. 10 may. REPORT.AZ/ FIFA-nın prezidenti Canni İnfantino Azərbaycan Premyer Liqasının qalibi "Qarabağ"ı təbrik edib. "Report"un məlumatına görə, bu barədə ali futbol qurumunun yeni rəhbərinin AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubda bildirilir.
C.İnfantino dünya futbol ailəsi adından "Qarabağ"ı 2015/2016-cı il mövsümünün qalibi olması, Çempionlar Liqasına vəsiqə qazanması və gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib, daha böyük uğurlar arzulayıb.