FİFA-nın tədbirində dəyəri 12 min avro olan saatlar oğurlanıb

FİFA-nın tədbirində dəyəri 12 min avro olan saatlar oğurlanıb Saatlar tədbirdən öncə yoxa çıxıb
Futbol
11 Yanvar , 2017 15:32
FİFA-nın tədbirində dəyəri 12 min avro olan saatlar oğurlanıb

Bakı. 11 yanvar. REPORT.AZ/ FİFA-nın İsveçrənin Sürix şəhərində təşkil etdiyi 2016-cı ilin ən yaxşılarının mükafatlandırılması mərasimindən əvvəl oğurluq hadisəsi baş verib. 

"Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, qaliblərə təqdim edilmək üçün hazırlanan saatlardan 6-sı oğurlanıb.

Yerli polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Saatların FİFA-nın inzibatı binasından "Sürix TV"nin studiyasına gedərkən yoxa çıxdığı bildirilir.

Qeyd edək ki, "Hublot Big Bang" saatlarının birinin dəyəri təqribən 12 min avrodur.

Son xəbərlər

Orphus sistemi