​FİFA-nın keçmiş prezidenti vəfat edib

​FİFA-nın keçmiş prezidenti vəfat edib Joao Avelanj 101 yaşında dünyasını dəyişib
Futbol
16 Avqust , 2016 16:49
​FİFA-nın keçmiş prezidenti vəfat edib

Bakı. 16 avqust. REPORT.AZ/ Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasının (FİFA) 7-ci prezidenti Joao Avelanj 101 yaşında vəfat edib.

"Report" Braziliya mətbuatına istinadən xəbər verir ki, bu ilin iyulunda keçmiş prezident ağ ciyərin iltihabı (pnevmoniya) diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

J.Avelanj 2012-ci ildə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilmişdi. O, 2014-cü ilin iyununda tənəffüs yolunda yaranan problemə görə xəstəxanada müalicə olunub. 

Qeyd edək ki, Joao Avelanj 1974-1998-ci illərdə FİFA-ya rəhbərlik edib. 

Son xəbərlər

Orphus sistemi