FİFA-nın sabiq hakimi Pablo Lunati yeni doğulmuş oğlunu Madridin “Real” klubunun stadionunun şərəfinə "Santyaqo Bernabeu" adlandırıb.
“Report”un xarici mətbuata istinadən məlumatına görə, hakim oğlunu Madriddəki stadionun şərəfinə ona görə adlandırıb ki, orada sevimli komandası "Boka Huniors"un şəxsində prinsipial rəqibinə qalib gəlib və 2018-ci ildə Libertadores Kubokunu qazanıb.
Lunati 2004-cü ildən 2016-cı ilə qədər Argentinanın yüksək divizionunun matçlarında işləyib. 2007-ci ildən 2012-ci ilə qədər o FİFA-nın himayəsi altında beynəlxalq matçları idarə edib.
Lunati hakim karyerasının tamamlanmasından sonra etiraf edib ki, "River Pleyt"in azarkeşidir. O, həmçinin deyib ki, sevimli komandasının iştirak etdiyi matçlarda öz qərarları ilə "River Pleyt"ə kömək edib.