FİFA-nın himayəsi altında həftəsonu keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq

FİFA-nın himayəsi altında həftəsonu keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq Təşkilat, həmçinin bütün futbolçulardan meydana qara sarğı ilə çıxmağı xahiş edib
Futbol
2 Dekabr , 2016 00:54
FİFA-nın himayəsi altında həftəsonu keçiriləcək bütün oyunlar bir dəqiqəlik sükutla başlayacaq

Bakı. 2 dekabr. REPORT.AZ/ FİFA həftəsonu qurumun himayəsi altında keçiriləcək bütün oyunların Braziliyanın "Şapekoense" klubunun aviaqəzada ölən futbolçuları, məşqçiləri və personalının xatirəsinin bir dəqiqəlik sükutla başlaması barədə qərar qəbul edib.

"Report" xəbər verir ki, bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.

FİFA, həmçinin bütün futbolçulardan meydana qara sarğı ilə çıxmağı xahiş edib.

Bazar ertəsi Boliviyanın "Lamia" aviaşirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 71 nəfər, o cümlədən sözügedən klubun 22 üzvü həlak olub.

Son xəbərlər

Orphus sistemi