FİFA 2016-cı ilin ən yaxşılarını müəyyənləşdirib - FOTO

FİFA 2016-cı ilin ən yaxşılarını müəyyənləşdirib - FOTO Mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçirilib
Futbol
9 Yanvar , 2017 22:58
FİFA 2016-cı ilin ən yaxşılarını müəyyənləşdirib - FOTO

Bakı. 9 yanvar. REPORT.AZ/ FİFA 2016-cı ilin ən yaxşılarının adlarını açıqlayıb.

"Report" xəbər verir ki, mükafatlandırma mərasimi İsveçrənin Sürix şəhərində keçirilib.

Bakı vaxtı ilə saat 21:30-da başlanan tədbirin aparıcıları tanınmış amerikalı aktrisa Ava Longoria və almaniyalı spiker Marko Skreyl olub.

Tədbirdə ilk dəfə ən yaxşı azarkeş qrupu mükafatlandırılıb. Mükafat uğrunda Hollandiyanın "Den Haq", Almaniyanın "Borussiya" (Dortmund), İngiltərənin "Liverpul" klublarının və İslandiya yığmasının azarkeşləri mübarizə aparıb. Qalibi sabiq futbolçular - Zvonimir Boban, Marta, Qabriel Batistuta, ingiltərəli hakim Hovard Uebb və isveçrəli məşqçi Vladimir Petkoviçdən ibarə ekspert qrupu müəyyənləşdirib. Ən yaxşı azarkeş qrupunu mükafatının sahibi "Borussiya” (Dortmund) və "Liverpul” azarkeşləri elan olunublar.

Cill Ellis (ABŞ), Silviya Nayd (Almaniya) və Pia Sundheycdən (İsveç) biri isə ilin ən yaxşı qadın baş məşqçisi namizəd olub. Qalib Nayd seçilib.

İlin ən yaxşı kişi baş məşqçisi adına uğrunda sonuncu İngiltərənin çempionu "Lester"dən Klaudio Ranyeri, AVRO-2016-nın qalibi olmuş Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş və İspaniya "Real Madrid"ində çalışan Zinəddin Zidan arasında ciddi mübarizə gedib. Ən yaxşı adına "Lester"i tarixində ilk dəfə ölkə çempionu edən Ranyeri layiq görülüb. Qalibin adını əfsanəvi Maradona çıxarıb.

"Fair-play" mükafatı sahibini tapıb. Bu, "Atletiko Nasyonal" klubu olub. Xatırladaq ki, Kolumbiya təmsilçisi Cənubi Amerika Kubokunun finalıan gələrkən qəzaya düşən Braziluyanın "Şapokoense" klubunun rəqibi olub.

İlin ən yaxşı futzalçısı Falkao seçilib. Ona mükafatı Andrey Şevçenko təqdim edib.

2016-cı ilin ən yaxşı qadın futbolçusu adına almaniyalı Melani Beringer, braziliyalı Marta Vieyra da Silva və ABŞ-dan Çarli Llyod namizəd olub. Qabriel Batistuta Llyodun qalib olduğunu açıqlayıb.

Gecədə təqdim olunan Puşkaş mükafatına namizədlər braziliyalı Marlon, venesuelalı Daniuşka Rodriges və malayziyalı Mohd Faiz Subri olub. Ronaldo mükafatın qalibinin Subri olduğunu açıqlayıb.

Daha gərgin mübarizə isə ötən ilin ən yaxşı futbolçusu adı uğrunda gedib. Mükafata namizədlərin hər üçü İspaniya La Liqasında çıxış edir. Bunlar "Real Madrid"dən Kriştianu Ronaldu, "Barselona"dan Lionel Messi və "Atletiko"dan Antuan Qrizmanndır. Artıq Ronaldu və Messi hərəyə bir dəfə bu ada sahib çıxıb. Səhnəyə çıxan FİFA prezidenti Canni İnfantino qalibin Ronaldu olduğunu bəyan edib.

Qeyd edək ki, müsabiqə 2009-cu ildə Fransanın "France Football" nəşrinin təqdim etdiyi "Qızıl top" mükafatı ilə birləşdirilib. Lakin bu ildən mükafatlar ayrılıqda təqdim olunur.

Son xəbərlər

Orphus sistemi