FİFA İspaniya Futbol Federasiyasını cərimələyib

FİFA İspaniya Futbol Federasiyasını cərimələyib Federasiya 220 min isveçrə frankı ödəyəcək
Futbol
25 Oktyabr , 2016 15:08
FİFA İspaniya Futbol Federasiyasını cərimələyib

Bakı. 25 oktyabr. REPORT.AZ/ FİFA İspaniya Futbol Federasiyasını 220 min İsveçrə frankı məbləğində cərimələyib. 

"Report"un məlumatına görə, səbəb federasiyanın yetkinlik yaşına çatmayan futbolçuların transferində qanun pozuntusuna yol verməsidir.

Cərimə ilə yanaşı, quruma töhmət verilib və xəbərdarlıq edilib. Ali futbol qurumu federasiyaya 18 yaşına çatmamış futbolçuların transferlərini qaydaya salmaq üçün 6 ay vaxt verib.

Son xəbərlər

Orphus sistemi