FİFA futbolda yeni qayda tətbiq edəcək

FİFA futbolda yeni qayda tətbiq edəcək Yalnız kapitanlar hakimlə danışa biləcək
Futbol
26 Dekabr , 2016 11:49
FİFA futbolda yeni qayda tətbiq edəcək

Bakı. 26 dekabr. REPORT.AZ/ FİFA futbolda yeni qayda tətbiq etməyə hazırlaşır. "Report"un məlumatına görə, ali futbol qurumu komandaların heyətində yalnız kapitanların baş hakimlə danışmasına icazə verəcək qanun üzərində işləyir.

Bu barədə qurumun texniki məsələləri üzrə məsul şəxs - hollandiyalı sabiq futbolçu Marko van Basten açıqlama verib: "Matç zamanı xeyli sayda futbolçu hakimə etiraz edir. Bu addımla futbolçuların daha yaxşı hərəkət etmələrini təmin edəcəyik".

Son xəbərlər

Orphus sistemi