FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq

FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq 22 ay ərzində aparılmış araşdırmalarla bağlı 1300 səhifəlik hesabat hazırlanıb
Futbol
31 Mart , 2017 16:36
FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq

Bakı. 31 mart. REPORT.AZ/ FİFA korrupsiya hallarının araşdırılması ilə bağlı daxili hesabatını apreldə açıqlayacaq. 

"Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, 2015-ci il iyununda təşkilatın vəzifəli şəxslərinin həbsi ilə başlanan prosesdə 2,5 milyon sənəd incələnib və çoxsaylı şahidlər dindirilib.

22 ay ərzində aparılan araşdırmalarla bağlı 1300 səhifəlik hesabat hazırlanıb. Maddi sübutlar isə 20 min səhifədən artıqdır.

FİFA prezidenti Canni İnfantino bildirib ki, araşdırma hakim dairələrlə əməkdaşlıq çərçivəsində aparılacaq.

Qeyd edək ki, 2015-ci ilin mayında ABŞ-ın Federal Tədqiqat Bürosu (FTB) FİFA-ın bir sıra yüksək vəzifəli məmurlarını saxlayıb və 14 şəxsə korrupsiya ittihamı irəli sürülüb. Həbslər seriyası zamanı qurumun sabiq prezidenti Zepp Blatter postundan istefa edib.

Son xəbərlər

Orphus sistemi