FİFA 2017-ci ilin ən yaxşı futbolçulardan ibarət yığmasını açıqlayıb

FİFA 2017-ci ilin ən yaxşı futbolçulardan ibarət yığmasını açıqlayıb Heyətə "Real"ın 5 futbolçusunun adı daxil edilib
Futbol
24 Oktyabr , 2017 03:30
FİFA 2017-ci ilin ən yaxşı futbolçulardan ibarət yığmasını açıqlayıb

Bakı. 24 oktyabr. REPORT.AZ/ FİFA 2017-ci il yığmasının tərkibinə daxil olan futbolçuların adlarını açıqlayıb.

“Report” xəbər verir ki, bu, təşkilatın Londonda keçirilən təntənəli mükafatlandırma mərasimində elan edilib.

FİFA-nın 2017-ci il yığmasının tam heyəti aşağıdakı kimidir:

- qapıçı Canluici Buffon ("Yuventus");

- müdafiəçilər: Dani Alves ("Pari Sen-Jermen"), Leonardo Bonuççi ("Milan"), Serxio Ramos və Marselo (hər ikisi "Real Madrid");

- yarımmüdafiəçilər: Luka Modriç, Toni Kroos (hər ikisi "Real"), Andres İnyesta ("Barselona");

- hücumçular: Neymar ("Pari Sen-Jermen"), Lionel Messi ("Barselona"), Kriştianu Ronaldu ("Real").

Son xəbərlər

Orphus sistemi