Bakı. 15 may. REPORT.AZ/ Hollandiya "Feyenoord"unun futbolçusu Robin Van Persi növbəti mövsümdə də bu komandada oynayacaq.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, klub rəhbərliyi 35 yaşlı hücumçu ilə razılıq əldə edib. Onunla müqavilə tezliklə uzadılacaq.
Qeyd edək ki, Robin Van Persi bu mövsüm Hollandiya çempionatında 12 oyunda iştirak edib və 5 qol vurub. Təcrübəli futbolçu karyerası ərzində İngiltərənin "Arsenal", "Mançester Yunayted" və Türkiyənin "Fənərbağça" klublarının şərəfini qoruyub. Van Persi bu ilin yanvarında yetirməsi olduğu "Feyenoord"a geri dönüb.