"Feyenoord" "Fənərbağça"dan ayrılan hücumçu ilə müqavilə bağlayıb

"Feyenoord" "Fənərbağça"dan ayrılan hücumçu ilə müqavilə bağlayıb O, yeni komandasında 32 nömrəli formanı geyinəcək
Futbol
22 Yanvar , 2018 13:31
Feyenoord Fənərbağçadan ayrılan hücumçu ilə müqavilə bağlayıb

Bakı. 22 yanvar. REPORT.AZ/ Hollandiyanın "Feyenoord" klubu Türkiyə "Fənərbağça"sından ayrılan Robin van Persi ilə müqavilə bağlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı hücumçu 1,5 illik anlaşmaya imza atıb. O, yeni komandasında 32 nömrəli formanı geyinəcək.

Hollandiyalı forvard Rotterdam təmsilçisinin aşağı yaş qrupundan yetişib. O, peşəkar futbolçu karyerasına da bu klubda başlayıb. 2015-2016 mövsümündə "Fənər"ə keçən van Persi gözlənilən oyunu sərgiləyə bilməyib. O, Hollandiya millisində 102 oyun keçirib.

Son xəbərlər

Orphus sistemi