Ferqyusonun "Mançester Yunayted"dəki səlahiyyətləri genişləndirilir

Ferqyusonun "Mançester Yunayted"dəki səlahiyyətləri genişləndirilir Rəhbərlik klubun icraçı direktoru Ed Vudvordun istefasından sonra bu fikrə düşüb
Futbol
106
21 Aprel , 2021 18:38
Ferqyusonun Mançester Yunayteddəki səlahiyyətləri genişləndirilir
Aleks Ferqyuson

İngiltərənin "Mançester Yunayted" klubunun rəhbərliyi komandanın keçmiş baş məşqçisi Aleks Ferqyusonun səlahiyyətlərini genişləndirməyi düşünür.

"Report" "The Atletic"ə istinadən xəbər verir ki, Mançester təmsilçisi şotlandiyalı mütəxəssisin transfer məsələlərində daha yaxından iştirak etməsini istəyir.

Rəhbərlik klubun icraçı direktoru Ed Vudvordun istefasından sonra bu fikrə düşüb. Vudvord Avropa Super Liqası ilə bağlı layihənin uğursuzluğa düçar olması səbəbindən vəzifəsindən ayrılıb.

Qeyd edək ki, Aleks Ferqyuson 1986 - 2013-cü illərdə "Mançester Yunayted"in baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi