Ronaldu dünya çempionluğunu hədəfləyib

Ronaldu dünya çempionluğunu hədəfləyib "Bu, onun qarşısında duran əsas vəzifədir"
Futbol
16 Mart , 2021 17:36
Ronaldu dünya çempionluğunu hədəfləyib
Kriştianu Ronaldu

"Əminəm ki, Ronaldu həddindən artıq motivasiyalıdır. Amma bu, təkcə az və ya çox qol vurduğu üçün deyil".

"Report"un məlumatına görə, bunu Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş yığmanın kapitanı Kriştianu Ronaldunun 770-ci qolunu vuraraq Braziliya futbolunun canlı əfsanəsi Pelenin rekordunu qırması barədə danışarkən deyib.

67 yaşlı mütəxəssis bildirib ki, 36 yaşlı forvard ölkəsini təmsil edərkən şəxsi hədəflərini düşünmür: "Burada onun daha böyük məqsədi var. Ronaldu dünya çempionatında iştirak etmək və mundialın qalibi olmaq istəyir. Bu, onun qarşısında duran əsas vəzifədir".

Qeyd edək ki, Portuqaliya millisi DÇ-2022-nin seçmə mərhələsində ilk oyununu martın 24-də Azərbaycana qarşı keçirəcək. İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək. Bu matçdan 3 gün sonra Belqradda Serbiya ilə üz-üzə gələcək pireneylilər martın 30-da isə Lüksemburqun qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi