Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış olub

Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış olub Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.
Futbol
21 fevral 2022 15:22
Fərid Qayıbov Mini-Futbol Federasiyasının fəaliyyəti ilə tanış olub

Gənclər və idman naziri Fərid Qayıbov Böyükşor bulvarında yerləşən “Azfar Group” mini-futbol meydançaları kompleksində Azərbaycan Mini-Futbol Federasiyasının fəaliyyəti ilə maraqlanıb.

Nazirlikdən "Report"a verilən məlumata görə, federasiyanın infrastrukturu ilə tanış olan F.Qayıbov iyunun 4-dən 11-dək keçiriləcək Avropa çempionatında iştirak edəcək milli komandanın heyəti ilə söhbət edib və onlara gələcək yarışlarda uğurlar arzulayıb.

Federasiyanın sədri Azər Hüseynov və sədr müavini Taleh Nəsibov qurumun fəaliyyəti, 2018-ci ildən bu vaxta qədər görülən işlər, təşkil olunan yerli yarışlar və beynəlxalq turnirlərdə qazanılan nəticələr barədə məlumat veriblər.

Son xəbərlər

Orphus sistemi