Gənclər və idman naziri Fərid Qayıbov və Milli Olimpiya Komitəsinin baş katibi Azər Əliyev Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında iştirak edən 23 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləri ilə görüşüb.
"Report" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Mərakeşlə B qrupunun III tur oyunundan öncə baş tutan görüşdə futbolçulara uğurlar arzulanıb.
Nazirlik və MOK rəsmiləri daha sonra qarşılaşmanı tribunadan izləyiblər.
Qeyd edək ki, rəqibi ilə 2:2 hesablı heç-heçə edən Azərbaycan millisi yarımfinala yüksəlib.