"Fənərbağça" Kiyev "Dinamo"su ilə qarşılaşacaq

"Fənərbağça" Kiyev "Dinamo"su ilə qarşılaşacaq Türkiyənin "Fənərbağça" komandası bu gün sonuncu yoxlama oyununu keçirəcək.
Futbol
4 Avqust , 2021 11:19
Fənərbağça Kiyev Dinamosu ilə qarşılaşacaq

Türkiyənin "Fənərbağça" komandası bu gün sonuncu yoxlama oyununu keçirəcək.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi Ukraynanın "Dinamo" (Kiyev) klubu ilə qarşılaşacaq.

İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda oynanılacaq matç Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, "Neftçi" Avropa Liqasının III təsnifat mərhələsində Finlandiya HİK-ini məğlub etsə, pley-offda "Fənərbağça"ya rəqib olacaq. "Ağ-qaralar" Bakıdakı ilk görüşdə qollu heç-heçə edib - 2:2.

Son xəbərlər

Orphus sistemi