Avropa Liqası: "Fənərbağça", "Qalatasaray" və "Legiya"nın rəqibləri müəyyənləşir

Avropa Liqası: "Fənərbağça", "Qalatasaray" və "Legiya"nın rəqibləri müəyyənləşir Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.
Futbol
3094
27 Avqust , 2021 07:30
Avropa Liqası: Fənərbağça, Qalatasaray və Legiyanın rəqibləri müəyyənləşir

Bu gün UEFA Avropa Liqasında qrup mərhələsinin püşkü atılacaq.

"Report"un məlumatına görə, Türkiyənin İstanbul şəhərində təşkil olunacaq tədbir Bakı vaxtı ilə saat 14:00-da başlanacaq.

Püşkatma ümumilikdə 32 komandanın iştirakı ilə keçiriləcək. Onlardan 12-si qrup mərhələsinə avtomatik qatılanlar, 10-u Avropa Liqasının pley-off mərhələsinin qalibləri, 10-u Çempionlar Liqasının pley-off və III təsnifat mərhələsində uduzanlardan ibarətdir.

Komandalar 8 bərabər qrupa bölünəcəklər. Türkiyə təmsilçilərindən "Fənərbağça" 3-cü, "Qalatasaray" 4-cü səbətdə yer alacaq. Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı da sonuncu səbətə düşüb.

1-ci səbət: "Lion" (Fransa), "Napoli" (İtaliya), "Bayer" (Leverkuzen, Almaniya), "Dinamo" (Zaqreb, Xorvatiya), "Latsio" (İtaliya), "Olimpiakos" (Yunanıstan), "Monako" (Fransa), "Braqa" (Portuqaliya)

2-ci səbət: "Seltik" (Şotlandiya), "Ayntraxt" (Frankfurt, Almaniya), "Srvena Zvezda" (Belqrad, Serbiya), "Lester Siti" (İngiltərə), "Reyncers" (Şotlandiya), "Lokomotiv" (Moskva, Rusiya), "Genk" (Belçika), PSV (Eyndhoven, Niderland)

3-cü səbət: "Marsel" (Fransa), "Lüdoqorets" (Razqrad, Bolqarıstan), "Vest Hem" (İngiltərə), "Real Sosyedad" (İspaniya), "Betis" (İspaniya), "Fənərbağça" (Türkiyə), "Spartak" (Moskva, Rusiya), "Sparta" (Praqa, Çexiya)

4-cü səbət: "Rapid" (Vyana, Avstriya), "Qalatasaray" (Türkiyə), "Legiya" (Varşava, Polşa), "Midtüllan" (Danimarka), "Ferentsvaroş" (Macarıstan), "Antverpen" (Belçika), "Şturm" (Qrats, Avstriya), "Bröndbü" (Danimarka)

Qeyd edək ki, oyunlar 16 sentyabr, 30 sentyabr, 21 oktyabr, 4 noyabr, 25 noyabr və 9 dekabrda olacaq.

Son xəbərlər

Orphus sistemi