"Fənərbağça" - "Qalatasaray" derbisinin vaxtı açıqlandı

"Fənərbağça" - "Qalatasaray" derbisinin vaxtı açıqlandı Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.
Futbol
20 Yanvar , 2021 14:29
Fənərbağça - Qalatasaray derbisinin vaxtı açıqlandı

Türkiyə Super Liqasının XXIV turunda "Fənərbağça" və "Qalatasaray" komandaları arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.

"Report" Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.

"Şükrü Saracoğlu" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında cari mövsümün ilk dövrəsində "Türk Telekom Arena"da baş tutmuş oyunda hesab açılmayıb.

Son xəbərlər

Orphus sistemi