"Fənərbağça" növbəti transferini gerçəkləşdirib

"Fənərbağça" növbəti transferini gerçəkləşdirib Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.
Futbol
5 Avqust , 2021 13:19
Fənərbağça növbəti transferini gerçəkləşdirib
Çağtay Kurukalıpı

Türkiyə "Fənərbağça"sı heyətini yeni futbolçu ilə gücləndirib.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi "Kasımpaşa"dan sol cinah müdafiəçisi Çağtay Kurukalıpı transfer edib.

19 yaşlı oyunçu ilə 3 illik müqavilə imzalanıb.

Qeyd edək ki, "Fənərbağça" UEFA Avropa Liqasında "Neftçi"nin potensial rəqibidir. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiyanın HİK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq. Flaqman Bakıdakı ilk matçda Helsinki komandası ilə 2:2 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi