"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ

"Fənərbağça"nın yeni baş məşqçisi açıqlandı - RƏSMİ Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi açıqlanıb.
Futbol
2 İyul , 2021 20:34
Fənərbağçanın yeni baş məşqçisi açıqlandı - RƏSMİ
Vitor Pereyra

Türkiyənin "Fənərbağça" komandasının yeni baş məşqçisi açıqlanıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi Vitor Pereyraya tapşırılıb.

53 yaşlı portuqaliyalı mütəxəssislə imzalanacaq müqavilənin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, Vitor Pereyra 2015/2016 mövsümündə də "Fənərbağça"da işləyib. O, son olaraq 2018 - 2020-ci illərdə Çinin "Şanxay Port" klubunda çalışıb.

Son xəbərlər

Orphus sistemi