"Fənərbağça"nın qapıçısına qarşı istintaq araşdırmalarına başlanılıb

"Fənərbağça"nın qapıçısına qarşı istintaq araşdırmalarına başlanılıb Volkan Dəmirəl öz klubunun azarkeşlərini təhqir edib
Futbol
7 Fevral , 2017 14:06
Fənərbağçanın qapıçısına qarşı istintaq araşdırmalarına başlanılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Futbol üzrə Türkiyə milli komandasının və "Fənərbağça" klubunun qapıçısı Volkan Dəmirələ qarşı istintaq araşdırmalarına başlanılıb. 

"Report"un məlumatına görə, buna təcrübəli qolkiperin "Fənərbağça" və "Qalatasaray" arasındakı basketbol matçı zamanı öz komandasının azarkeşlərinə təhqiramiz davranışı səbəb olub.

İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu Dəmirəlin hərəkətlərinin videogörüntülərini əldə etdikdən sonra belə qərar verib.

Qeyd edək ki, Volkan Dəmirəlin tribunadan izlədiyi derbi "Fənərbağça"nın qələbəsi ilə yekunlaşıb - 85:50. Görüşdən sonra tribunadan enən qapıçı qalib komandanı təbrik edib və azarkeşlərin ünvanına təhqiramiz ifadə səsləndirib.  

Son xəbərlər

Orphus sistemi