"Fənərbağça"nın futbolçusu oyun zamanı əlini qırıb

"Fənərbağça"nın futbolçusu oyun zamanı əlini qırıb Braziliyalı hücumçu xəstəxanaya aparılıb
Futbol
18 Mart , 2017 09:39
Fənərbağçanın futbolçusu oyun zamanı əlini qırıb

Bakı. 18 mart. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Fernandao "Konyaspor"la Super Liqanın XXV tur matçında əlini sındırıb.

"Report"un məlumatına görə, 33-cü dəqiqədə braziliyalı hücumçu cinah asmasından sonra top uğrunda mübarizədə rəqib komandanın qapıçısı Sərkan Kırıntılı ilə toqquşub. Nəticədə Fernandao sol əli üstündə yerə uğursuz düşüb. Meydanı xərəkdə tərk edən "sambaçı" xəstəxanaya çatdırılıb. Onun durumuna rentgen müayinəsindən sonra aydınlıq gələcək. Meydana isə Robin van Persi daxil olub.

Qeyd edək ki, İstanbuldakı "Şükrü Saracoğlu" stadionunda keçirilmiş görüş "Konyaspor"un qələbəsi ilə yekunlaşıb - 3:2. 

Son xəbərlər

Orphus sistemi