"Fənərbağça"nın baş məşqçisi istefaya göndərilə bilər

"Fənərbağça"nın baş məşqçisi istefaya göndərilə bilər Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Erol Bulutla yollarını ayırmağa hazırlaşır.
Futbol
22 Mart , 2021 11:49
Fənərbağçanın baş məşqçisi istefaya göndərilə bilər
Erol Bulut

Türkiyənin "Fənərbağça" klubu baş məşqçisi Erol Bulutla yollarını ayırmağa hazırlaşır.

"Report"un "Fanatik"ə istinadən məlumatına görə, komandanın qeyri-sabit çıxışından narazı qalan rəhbərlik 46 yaşlı mütəxəssisi istefaya göndərmək istəyir.

Artıq onu əvəzləyəcək potensial namizədlərin adları da bilinir. Bulutun gedişindən sonra komandanın sükanı arxasına Lüsyen Favr, Yoahim Löv, Zlatko Daliç və ya Ziko keçə bilər.

Favr və Ziko hazırda işsiz olsalar da, Löv Almania millisinə, Daliç isə Xorvatiya yığmasına başçılıq edir. Yerl mütəxəssislərdən isə Okan Burukun adı daha çox hallanır.

Erol Bulut cari mövsümün əvvəlində "Fənərbağça"ya baş məşqçi təyin olunub.

Qeyd edək ki, ötən gün Türkiyə Super Liqasının XXXI turunda səfərdə lider "Beşiktaş"la 1:1 hesablı heç-heçə edən "Fənərbağça" rəqibindən 5 xal geri qalır.

Son xəbərlər

Orphus sistemi