"Fənərbağça" məhkəmədə keçmiş futbolçusuna uduzdu

"Fənərbağça" məhkəmədə keçmiş futbolçusuna uduzdu Türkiyənin "Fənərbağça" klubu ilə sabiq futbolçusu Maks Kruze arasında məhkəmə prosesi almaniyalı hücumçunun xeyrinə başa çatıb.
Futbol
16 Dekabr , 2020 18:35
Fənərbağça məhkəmədə keçmiş futbolçusuna uduzdu

Türkiyənin "Fənərbağça" klubu ilə sabiq futbolçusu Maks Kruze arasında məhkəmə prosesi almaniyalı hücumçunun xeyrinə başa çatıb.

"Report" "Kicker" nəşrinə istinadən xəbər verir ki, qərara əsasən, İstanbul təmsilçisi 32 yaşlı oyunçuya 7,5 milyon avro təzminat ödəməlidir.

Superliqa klubu cari ilin sonunadək apellyasiya şikayəti vermək hüququna malikdir.

Qeyd edək ki, Maks Kruze maaş probleminə görə iyun ayında müqaviləsini birtərəfli qaydada pozaraq FIFA-ya müraciət etmişdi.

Son xəbərlər

Orphus sistemi