"Fənərbağça" "Liverpul"un futbolçusunu heyətinə qatıb

"Fənərbağça" "Liverpul"un futbolçusunu heyətinə qatıb Mersisaydlılar 31 yaşlı müdafiəçinin satışından 7 milyon avro qazanacaqlar
Futbol
14 İyul , 2016 18:02
Fənərbağça Liverpulun futbolçusunu heyətinə qatıb

Bakı. 14 iyul. REPORT.AZ/ İngiltərə "Liverpul"unun futbolçusu Martin Şkrtel Türkiyənin "Fənərbağça" klubuna keçib. "Report"un İstanbul təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təqdimat mərasimi iyulun 15-də olacaq.

Mersisaydlılar 31 yaşlı müdafiəçinin satışından 7 milyon avro qazanacaqlar. Slovakiyalı oyunçu ilə yeni klubu arasındakı anlaşmanın detalları açıqlanmır.

Şkrtel ötən mövsüm bütün turnirlərdə 39 oyuna 1 qol vurub. O, Avropa çempionatında da çıxış edib.

Qeyd edək ki, "Fənərbağça" daha öncə Rusiya yığmasının müdafiəçisi Roman Noyştedterlə müqavilə bağlayıb. 

Son xəbərlər

Orphus sistemi