​"Fənərbağça" klubunun futbolçusuna silahlı hücum edilib

​"Fənərbağça" klubunun futbolçusuna silahlı hücum edilib Futbolçu xəsarət almadan xilas olub
Futbol
11 Avqust , 2015 17:44
​Fənərbağça klubunun futbolçusuna silahlı hücum edilib

Bakı. 11 avqust. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubunun futbolçusu Mehmet Topala qarşı silahlı hücum olub. "Report"un klub saytına istinadən verdiyi məlumata görə, hücum futbolçu maşında olarkən həyata keçirilib.

İnsident bu gün günorta saatlarında baş verib. Samandıra Can Bartu Təsislərində həyata keçirilən səhər idmanından sonra evinə doğru hərəkət edən M.Topal silahlı hücumdan xəsarətsiz xilas ola bilib. Futbolçunun xəsarət almamasına səbəb avtomobilin pəncərələrinin güllə keçirməməsi olub.

Qeyd edək ki, "Fənərbağça" klubu bir müddət əvvəl də analoji hadisə ilə üzləşib.

Son xəbərlər

Orphus sistemi