"Fənərbağça" almaniyalı futbolçularla anlaşıb

"Fənərbağça" almaniyalı futbolçularla anlaşıb Türkiyə "Fənərbağça"sı heyətini iki yeni futbolçu ilə gücləndirib.
Futbol
458
2 Sentyabr , 2021 16:07
Fənərbağça almaniyalı futbolçularla anlaşıb

Türkiyə "Fənərbağça"sı heyətini iki yeni futbolçu ilə gücləndirib.

"Report" "NTV Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Avstriya "Zaltsburq"unun hücumçusu Mergim Berişa və Almaniyanın "Köln" komandasının yarımmüdafiəçisi Maksimilan Mayerlə anlaşıb.

Hər iki oyunçu tibbi müayinədən keçdikdən sonra onlarla rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, Avstriyada LASK və "Altax" komandalarının da formasını geyinən Berişa ölkəsində isə "Maqdeburq"un şərəfini qoruyub. Karyerası ərzində 170 oyun keçirən 23 yaşlı forvard 70 qol vurub və 38 məhsuldar ötürmə verib. 26 yaşlı Mayer isə ölkəsinin "Şalke" və İngiltərənin "Kristal Pelas" klublarında çıxış edib.

Son xəbərlər

Orphus sistemi