"Fənərbağça" futbolçusu ilə vidalaşdı - RƏSMİ

"Fənərbağça" futbolçusu ilə vidalaşdı - RƏSMİ Türkiyənin "Fənərbağça" komandası futbolçusu Gökhan Gönüllə yollarını ayırıb.
Futbol
143
13 İyul , 2021 18:12
Fənərbağça futbolçusu ilə vidalaşdı - RƏSMİ
Gökhan Gönül

Türkiyənin "Fənərbağça" komandası futbolçusu Gökhan Gönüllə yollarını ayırıb.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 36 yaşlı müdafiəçi ilə başa çatmış müqavilənin müddəti uzadılmayıb.

Təcrübəli oyunçuya təşəkkür edən İstanbul təmsilçisi ona gələcək karyerasında uğurlar arzulayıb.

Qeyd edək ki, daha əvvəl 2007 - 2016-cı illərdə "Fənərbağça"nın formasını geyinmiş Gökhan Gönül ötən mövsümün əvvəlində "Beşiktaş"dan transfer edilmişdi.

Son xəbərlər

Orphus sistemi