"Fənərbağça" futbolçusu ilə vidalaşdığını açıqladı

"Fənərbağça" futbolçusu ilə vidalaşdığını açıqladı Türkiyənin "Fənərbağça" klubu futbolçusu Qarri Rodrigeslə yollarını ayırıb.
Futbol
964
19 Oktyabr , 2020 20:06
Fənərbağça futbolçusu ilə vidalaşdığını açıqladı
Qarri Rodriges

Türkiyənin "Fənərbağça" klubu futbolçusu Qarri Rodrigeslə yollarını ayırıb.

"Report" İstanbul təmsilçisinin rəsmi tvitter səhifəsinə istinadən xəbər verir ki, 29 yaşlı niderlandlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Səudiyyə Ərəbistanının “Əl İttihad” klubuna qayıdıb. Onun sözləşməsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Qeyd edək ki, "Fənərbağça" 2019-cu ilin iyulunda Qarri Rodrigesi iki illik icarəyə götürmüşdü. O, 2017 - 2019-cu illərdə Türkiyədə "Qalatasaray"ın formasını geyinib.

Son xəbərlər

Orphus sistemi