"Fənərbağça" baş məşqçi Filip Kokunu istefaya göndərib

"Fənərbağça" baş məşqçi Filip Kokunu istefaya göndərib Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin Fənərbağça klubu baş məşqçi Filip Koku ilə yollarını ayırıb.
Futbol
29 Oktyabr , 2018 02:29
Fənərbağça baş məşqçi Filip Kokunu istefaya göndərib

Bakı. 29 oktyabr. REPORT.AZ/ Türkiyənin "Fənərbağça" klubu baş məşqçi Filip Koku ilə yollarını ayırıb.

"Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, hollandiyalı mütəxəssis Superliqanın X turunda "Ankaragücü"nə 1:3 hesabı ilə uduzduqları görüşün ardından qovulub.

Oyunsonrası mətbuat konfransına qatılmayan Koku "Şükrü Saracoğlu" stadionunu komandanın avtobusu ilə yox, xüsusi ayrılmış avtomobillə tərk edib. Onun istefasından sonra elitada əcnəbi baş məşqçi qalmayıb.

Filip Koku "Fənərbağça"ya bu mövsümdən rəhbərlik edirdi. Onun dövründə 3 qələbə, 5 heç-heçə və 7 məğlubiyyət qeydə alınıb. Hazırda "Fənərbağça" 10 oyundan 9 xalla 15-ci pillədə qərarlaşıb.

Bundan əvvəl İngiltərənin "Lester" klubunun sahibi vertolyot qəzası nəticəsində ölüb.

Son xəbərlər

Orphus sistemi