Bakı. 12 may. REPORT.AZ/ Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Demirören ölkə çempionatını çətin günlər gözlədiyini bildirib.
"Report"un məlumatına görə, Türkiyənin "Lig TV" kanalına müsahibə verən federasiya rəsmisi bunu maddi məsələlərlə əlaqələndirib.
O, bildirib ki, intizam məsələlərində dəyişikliklər olacaq və cəzalar artırılacaq.
"Türkiyə futbolunu təhlükəli günlər gözləyir. Bu da futbol maliyyəsi ilə bağlıdır. Sponsorlar çempionatdan qaçır. Onlar futbolda dava istəmirlər", - deyə Y.Demirören bildirib.