Federasiya prezidenti millinin oyunu zamanı həbs olundu

Federasiya prezidenti millinin oyunu zamanı həbs olundu Boliviya Futbol Federasiyasının müvəqqəti prezidenti Markos Rodriges həbs olunub.
Futbol
13 Noyabr , 2020 10:20
Federasiya prezidenti millinin oyunu zamanı həbs olundu
Markos Rodriges

Boliviya Futbol Federasiyasının müvəqqəti prezidenti Markos Rodriges həbs olunub.

"Report"un "Associated Press"ə istinadən məlumatına görə, hadisə milli komandanın DÇ-2022-nin seçmə mərhəsinin Ekvadorla oyunu (2:3) zamanı baş verib.

Cari ilin iyul ayından bu postu tutan funksioner korrupsiyada ittiham olunur.

Qeyd edək ki, Rodriges federasiyanın sabiq prezidenti Sesar Salinasın koronavirus səbəbindən dünyasını dəyişməsindən sonra bu vəzifəyə təyin olunub.

Son xəbərlər

Orphus sistemi